Luqansk özünümüdafiə dəstəsinin liderindən xəbərdarlıq: "Onları güllələyəcəyik"
Luqansk özünümüdafiə dəstəsinin lideri Aleksey Mazqavoy növbəti dəfə xalqa müraciət edib. APA TV-nin xəbərinə görə, o bildirib ki, Luqansk heç bir zaman çevrilişlə hakimiyyətə gələn Ukrayna hakimiyyətini tanımayacaq. "Bu gündən etibarən biz hucuma keçəcəyik . Dünənə kimi isə müdafiə olunurduq" - deyə o, vurğulayıb. Mazqavoy elan edib ki, milli dəyərləri qorumaq şərti ilə səfərbərlik elan edilib. Orada seçkilər kecirilməyəcək, təxribatla məşğul olanlar isə cəzalandırılacaq: "Kim "mənim ailəm var" deyərsə mühakimə olunacaq. Ailənizi qorumaq ücün kişi kimi bizimlə ciyin-ciyinə savaşmalısınız. Bu, sonuncu xəbərdarlığımdır. Proseslərdən kənarda qalanları cəzalandıracağıq. Onları hamının yanında güllələyəcəyik".
Qeyd edək ki, bu, özünü müdafiə dəstəsinin lideri Mazqavoyun 2-ci çıxışıdır. Ukrayna KİV-nin verdiyi məlumata görə, dünən gecə satlarından başlayaraq, ordu Luqanskın kəndlərinə doğru hərəkətə kecərək separatçıların mövqelərini tərk etməsinə nail ola bilib.