Aqşin Yenisey: " Əgər səhhətimə diqqət yetirsəm və pəhriz saxlasam..."

"Dörd xəstəxananın çıxardığı analiz nəticələri göstərdi ki, mən sarılıq xəstəliyinə tutulmuşam bu isə qaraciyərə su yığılaraq "serroz"a çevirib.  Hazırda xəstəxanada palata yataq rejimində müalicə olunuram".  Bunu APA TV-yə tanınmış şair Aqşin Yenisey bildirib. Şair deyib ki, sağlamlığında ciddi problem yaranıb. Bu səbəbdən 1 saylı Şəhər Klinik Xəstəxanasının Qaraciyər şöbəsində həkim Tofiq Süleymanovun nəzarəti altında müayinə edilib daha sonra müalicə başlanılıb. Əvvəlcə bir neçə özəl klinikada qan analizləri yoxlanıldıqdan sonra o dövlət xəstəxanasına yerləşdirilib.

 

"Hələ ki, qan yuyulması prosesi gedir. Qaraciyərimdən suyun çəkilməsinə başlanılıb. Həkimlər deyir ki, bu proses başa çatandan sonra digər mərhələ başlanacaq. Hazırda iynələr vurulur, sistem köçürülür. Bundan sonrakı mərhələ bilmirəm nə olacaq". 

 

Şairdən onu da öyrəndik ki, həkimlər xəstəliyinin müalicəsinin  paytaxtda mümkün olduğunu bildiriblər. Bu səbəbdən də onun xarici ölkəyə gedib getməməsi hələ ki, müzakirə edilmir. 


"Bir neçə gündən sonra aparılan müalicənin nəticəsindən asılı olaraq məlum olacaq ki, mənim xarici ölkəyə getməyimə lüzum var yoxsa yox. Hazırda həkimlər deyir ki, müalicəm burda mümkündür. Lakin əsas məsələ bir az da özümdən asılıdır. Əgər səhhətimə diqqət yetirsəm və pəhriz saxlasam o zaman sağalmağım mümkün olacaq, əks halda özümü qorumasam fəlakətə doğru gedir."

  

Hazırda həkimlərin ona ciddi pəhriz rejimi tətbiq etdiyini deyən Aqşin Yenisey bildirdi ki,  yalnız ağartı məhsulları və yağsız-duzsuz yeməklər yeyir. 

 

Müəllif | Apa.Tv