Bahar Muradova: " Çox təəssüf ki, bir çox şəxslər..."

"İstər Azərbaycan vətəndaşları, istər xarici ölkə vətəndaşları istərsə də beynəlxalq təşkilatların rəsmiləri və sıravi üzvləri Azərbaycan qanunlarına hörmətlə yanaşmalıdırlar. Hörmətlə yanaşmayanda buna vadar etmək lazımdır".

 

APA TV-nin məlumatına görə, bu sözləri Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib. Avropa Şurası Parlament Assambleyasının 2 il ərzində Azərbaycanda tədbirlərin keçirilməməsinə dair qərarına münasibət bildirən millət vəkili bildirib ki, Azərbaycanla bağlı məhdudiyyət xarakterli qərarın qəbul olunması şuranın ölkəmizlə münasibəti ilə bağlı deyil.

 

"Azərbaycan dövləti bu vəziyyətdən çıxış yolu da müəyyən edibdir.  Həmin şəxslər bu və ya digər səbəbdən bölgəyə səfərlərini heç də qəsdən edilmədiyini və Azərbaycan qanunlarına hörmətsizlik edilmədiyinin özündə əks etdirən məktubla müraciət etdiyi təqdirdə onların adı o, siyahıdan çıxarılır. Çox təəssüf ki, bir çox şəxslər belə tədbir ərəfəsində bu cür müraciətlə bu problemi aradan qaldırmaq əvəzinə əksinə məsələni gərginləşdirməyə xidmət ediblər. Hesab edirəm ki, Azərbaycanın müvafiq qurumları da çox doğru olaraq öz mövqeyinin üstündə israrla dayanıb".

 

Bahar Muradova deyib ki, ATƏT PA-nın bir neçə üzvü də işğal olunmuş ərazilərə səyahət etmişdi, adları “qara siyahı”da idi, bunun yanlış olduğunu anladılar, Azərbaycan dövlətinə müraciət etdilər, adları “qara siyahı”dan çıxarıldı.

Müəllif | Apa.Tv