"Real"ın "Atletiko" üzərində qalibiyyəti

UEFA Çempionlar Liqasının 59 illik tarixində ilk dəfə eyni şəhərin iki komandası, "Real Madrid" ilə "Atletiko Madrid" finalda qarşılaşıblar.

İspaniyada bu iki komandanın tərəfdarları qarşılaşmanın keçiriləcəyi Portuqaliyanın paytaxtı Lissabona axın ediblər.

Gərgin mübarizə şəraitində keçən oyunun ilk dəqiqələrində “Atletiko”nun aparıcı futbolçularından olan Dieqo Kosta zədələnərək Adrian ilə əvəz edilib. “Atletiko”nun futbolçusu Dieqo Qodin isə oyunun 36-cı dəqiqəsində “Real”ın qapıçısı İker Kasilyasın səhvindən istifadə edərək hesabı açıb: 1-0.
Oyun bu hesabla davam etsə də 90-cı dəqiqədə Serxio Ramos "Real"ı sevindirib. Əsas vaxtda komandalar bərabərə qaldığı üçün əlvə vaxt təyin edilib. "Real" əlvə vaxtı dəyərləndirərək 4:1 hesabı ilə Çempionlar Liqasını qazanıb.
 

Müəllif | Apa.Tv