Nazir iki vətəndaşı işlə təmin etdi

Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov Siyəzəndə vətəndaşları qəbul edib. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, görüşə Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri də qatılıb. Nazirliyə aid məsələlərlə bağlı iki şəxs müraciət edib. Əli Abbasov bildirib ki, hər iki şəxs işlə bağlı müraciət edib və müraciətləri müsbət həllini tapıb. O bildirib ki, getdikcə şikayətlərin sayı azalır. Nazir bunun səbəbini "ASAN xidmət" və elektron hökumət portallarının fəaliyyəti ilə əlaqələndirib. Nazir bildirib ki, mobil internet sahəsində mühüm işlər görülüb. Onun sözlərinə görə, əhaliyə göstərilən informasiya xidmətlərinin yüksəldilməsi istiqamətində işlər davam etdirilir. Yaxın vaxtlarda mobil operatorlar üçün ara bağlantılarda  vahid  tarif sistemi tətbiq olunacaq. 

Müəllif | Apa.Tv
Vəli Turan