Hərbiçilərin yaşadığı bina yandı

Zaqatalada ikisi hərbiçi ailəsi olmaqla,  4 ailənin yaşadığı bina yanıb. APA TV-nin  məlumata görə, hadisə rayonun Göyəm kəndində,  kənd bələdiyyəsinə məxsus ümumi sahəsi 250 kv/m olan birmərtəbəli yaşayış  binasında baş verib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin(FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub. Baş vermiş yanğın nəticəsində yaşayış binasında Əziz Ramazanova məxsus 3 otaq, Nüsrət Vəliyevə məxsus 3 otaq, Vüqar Məmmədova məxsus 2 otaq və Mürşüd Vəliyevə məxsus isə 2 otaq içərisindəki ev əşyaları ilə  birlikdə yanaraq yararsız hala düşüb.

 

Yanğınsöndürənlərin səyi nəticəsində binayaa artırılmış 50 kv/m-lik yaşayış şahəsi yanğından xilas edilib. FHN-nin Zaqatala rayon DYMX-dən APA TV-yə bildirilib ki, evləri yanan şəxslərdən Vüqar Məmmədov  və Mürşüd Vəliyev Dövlət Sərhəd Xidmətinin (DSX)  Zaqatala Sərhəd Dəsdəsində (SD) hərbiçi işləyirlər.  Fakla bağlı FHN-nin Zaqatala rayon DYMX-də araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov