Ukraynada prezident seçkiləri keçirilir

Ukraynada növbədənkənar prezident seçkiləri başlayıb. Dövlət başçısı postu uğrunda 21 namizəd mübarizə aparır. APA TV-nin məlumatına görə, seçki məntəqələri yerli vaxtla saat 8-də açılıb və axşam saat 8-ə kimi davam edəcək. Bu posta ən real namizədlər  Pyotr Poroşenko, Yuliya Timoşenko və Anatoli Qritçenko hesab edilir. Yeganə təhlükə ölkənin şərq rayonlarında terrorçuların seçkiləri pozmaq cəhdidir. Hüquq mühafizə orqanları Donetskdəki 22 dairədən 7-də, Luqanskda isə 12 dairədən 2-də təhlükəsizliyi təmin edəcəklərini bəyan ediblər. Krımda isə seçki məntəqəsi açılmayacaq. İlkin məlumata görə, yarımadanın 6 min əhalisi səs vermək üçün Xerson və Nikolayev vilayətilərinə gedəcəklər. 

Müəllif | Apa.Tv
Apa.tv