Biri-birini sevən 10-cu sinif şagirdləri intihar etdi

Xaçmazda bir-birini sevən iki yeniyetmə intihar edib. APA TV-nin məlumatına görə, hadisə Xaçmazda yerləşən meşə massivində baş verib. İntihar edən məktəblilər 16 yaşlı Quliyev Vasif Yaşar oğlu və 17 yaşlı Tağıyeva Nərgiz Nurməmməd qızıdır. Onlar Çingiz Abdullayev adına 2 saylı orta məktəbin 10-cu sinif şagirdləridir. Xaçmaz rayon Polis Şöbəsinin rəis müavini Valik Vəlimətov bildirib ki, məktəblilər bir-birini seviblər və ayrılmamaq üçün intihara əl atıblar. Nərgiz Tağıyeva  Rusiyada yaşayan qohumuna nişanlanıb, bu səbəbdən tezliklə ayrılacaqlarını anlayan gənclər birlikdə intihar etməyi qərara alıblar. Onlar məktəbin yaxınlığında yerləşən meşə massivində özlərini ağacdan asıblar. Qeyd edək ki, Vasif Quliyev polis serjantı Yaşar Quliyevin oğludur. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Vəli Turan