Ukraynada keçirilən prezident seçkilərində fəallıq azdır


Ukraynada yerli vaxtla saat 11 üçün seçici fəallığı 17,52 faiz olub. Bu rəqəmi Mərkəzi Seçki Komissiyası açıqlayıb. APA TV-nin məlumatına görə, ən çox aktivlik Kiyev vilayətində müşahidə edilib. Burada əhalinin 22,71 faizi səsverməyə qatılıb. Ən az aktivlik isə Donetsk və Luqansk vilayətlərində olub. Mərkəzi Seçki komissiyasının sədr müavini Janna Usenko jurnalistlərə açıqlamasında bildirib ki, əslində açıqlanan rəqəmlər real rəqəmləri əks etdirmir. Belə ki, nəticələr Məntəqə Seçki Komissiyalarından telefon rejimində əldə olunur və bu da onların nəticələri sistemə hansı operativliklə daxil etməsindən asılıdır. O həmçinin Donetsk vilayətində artıq seçki məntəqələrinin açıldığını və saat 11 üçün artıq 8 məntəqənin fəaliyyət göstərdiyini qeyd edib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv