Avropa Parlamentinə seçkilər başa çatdı

Avropa Parlamentindəki böyük partiyalar - sağ-mərkəzçi Avropa Xalq Partiyası, sol mərkəzçi Sosialist və Demokratların Proqressiv Alyansı və liberal Avropa uğrunda Alyans lider siyasi qüvvələr olaraq qalacaq. Bu siyasi qruplar ötən gün keçirilən seçkilərdə ümumilikdə Avropa Parlamentindəki 751 yerdən 478-ni qazanıb. "Exit poll" nəticələrinə görə, sağ və sol mərkəzçilərin mandat sayları arasındakı fərq də azalıb. Avropa Parlamentində 211 yer qazanan Avropa Xalq Partiyası isə yeni tərkibdə lider siyasi qüvvə olacağını indidən bəyan edib.

 

APA TV-nin xəbərinə görə, partiya Avropa Komissiyası sədrliyinə namizədini də açıqlayıb. Bu, Avropa qrupunun keçmiş rəhbəri Jan-Klud Yunkerdir.

 

İlkin məlumata görə, "yaşıllar" Avropa Parlamentində 58, mühafizəkar və islahatçılar farksiyası 39, kommunistlər 47, "Avropa azadlıq və demokratiya uğrunda fraksiyası isə 33 yer qazanıb. 40 mandat müstəqil namizədlərə verilib. 

Müəllif | Apa.Tv