Barak Obama Əfqanıstana səfər edib
ABŞ prezidenti Barak Obama ötən axşam gözlənilmədən Əfqanıstana səfər edib. O, Əfqanıstanda dörd saatdan az qalıb. Barak Obama bu müddət ərzində yalnız ABŞ-ın Bəhram aerdromundakı hərbi bazasında olub.
APA TV-nin xəbərinə görə, ABŞ prezidenti bəyan edib ki, Birləşmiş Ştatların bu ilin sonunda Əfqanıstandakı hərbi əməliyyatların aktiv fazasını başa çatdıracaq.
Barak Obama Kabillə təhlükəsizlik sahəsində əməkdaşlığa dair ikitərəfli sazişin imzalanması məsələsindən də danışıb. Əfqanıstanın səlahiyyət müddəti bitən prezidenti Həmid Kərzay Amerika qoşunlarının 2014-cü ildən sonra da bu ölkədə qalmasını nəzərdə tutan sazişi imzalaqdan imtina edib.
Barak Obamanın Əfqanıstana gözlənilməz səfəri ABŞ administrasiyası ilə Əfqanıstan prezidenti Həmid Kərzay arasında münasibətləri daha da gərginləşdirib. Həmid Kərzay Barak Obama ilə görüşə gəlməyib.
ABŞ prezicenti Əfqanıstan prezidenti ilə Bəhram hərbi bazasınd görüşməyi planlaşdırırmış. Lakin Həmin Kərzay bu dəvəti təhqir kimi qəbul edib. O, bəyan edib ki, Əfqanıstan hökuməti ABŞ prezidentini prezident iqamətgahında qəbul etməyə hazırdır. Lakin Bəhram bazasında görüş keçirmək niyyətində deyil.
Qeyd edək ki, bu, Barak Obama Amerika prezidenti kimi Əfqanıstana sayca dördüncü səfəri idi.