Azərbaycandan Rusiya və Ukraynaya gedən qatarların hərəkət vaxtı dəyişib
2014-2015-ci illər üçün hərəkət cədvəlinə keçidlə bağlı, iyunun 1-dən etibarən Bakı-Ağstafa-Qazax qatarının hərəkət cədvəlində bəzi dəyişikliklər ediləcək. “Azərbaycan Dəmir Yolları” QSC-dən APA TV-yə verilən məlumata görə, Bakı-Ağstafa-Qazax qatarı saat 22:05 əvəzinə saat 22:45-də Bakıdan yola düşəcək və saat 10:25-də Qazaxa çatacaq.
Qatar saat 18:35-də Qazaxdan yola düşəcək və saat 7:10-da Bakıya çatacaq.
Bundan başqa, Bakı-Xarkov-Bakı sərnişin qatarının marşrutu dəyişdirilib, Qorlovka, Konstantinovka, Kramatorsk, Slavyanskiy Kurort, Krasnıy Liman, Bukino stansiyalarına bilet satışı dayandırıb. Bakı-Moskva sürət qatarlarının yola düşmə, çatma vaxtları və Bakıdan yola düşmə günləri dəyişdirilir.
Bakı-Moskva-Bakı sürət qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nə məxsus heyətlə Bakıdan həftənin IV günləri və Moskva-Bakı-Moskva sürət qatarı “Rusiya Dəmir Yolları” ASC-yə məxsus heyətlə Bakıdan həftənin II və VI günləri saat 0:30-da yola düşəcək. Qatar Moskvaya saat 4:15-də çatacaq və saat 20:20-də Moskvadan yola düşəcək. Bakı-Moskva-Bakı sürət qatarı Bakıya çatma vaxtı həftənin II günləri saat 6:00-da, saylı Bakı-Moskva sürət qatarı isə qatar həftənin I və V günlərin saat 6:00-da çatacaq.