“İstanbul Shopping Festival”ından öncə jurnalistlərin İstanbula səfəri təşkil edilib

İyunun 7-29-da Türkiyənin İstanbul şəhərində keçiriləcək “İstanbul Shopping Festival”la əlaqədar Türk Hava Yolları (THY) Azərbaycandan olan bir qrup mətbuat nümayəndəsinin İstanbula səfərini təşkil edib. “APA Holding”in əməkdaşının da iştirak etdiyi səfər festivalın tanıdılması məqsədi daşıyıb.

 

Səfər proqramı “İstanbul Shopping Festival”ın ana sponsoru olan THY ilə tanışlıqla başlayıb. Jurnalistlər İstanbulun nəhəng ticarət mərkəzlərindən biri olan “Zorlu Center”a yollanıblar. Daha sonra media nümayəndələri festivalın əhatə etdiyi “VILAND” ticarət və əyləncə mərkəzinə dəvət edilib.

 

Mətbuat nümayəndələrinin “Panorama 1453” Tarix Muzeyinə baş çəkəndən sonra İstanbul Ticarət Mərkəzində festivalın təmsilçiləri ilə görüş təşkil olunub.

 

Mətbuat təmsilçiləri İstanbulun, eləcə də dünyanın böyük tarixi məkanları olan Topkapı Sarayı, Ayasofya Muzeyi, Sultan Əhməd Camisi, Misir Çarşısı ilə tanış olublar, boğazda gəmi gəzintisinə çıxıblar.

 

Sonra THY baş ofisində şirkətin baş direktoru Təməl Kotil mətbuat nümayəndələrini qəbul edib. 

Müəllif | Apa.Tv
Apa.tv