Millət vəkilləri bir ay çox çalışacaqlar

Milli Məclisin növbədənkənar xüsusi sessiyasının keçirilməsi barədə qərar qəbul olunub. APA-TV nin məlumatına görə, xüsusi sessiya yaz sessiyasının ardınca iyun ayında olacaq. Sessiya ərzində bir sıra komitə iclasları ilə yanaşı, iki plenar iclasın da keçirilməsi planlaşdırılıb və plenar iclaslar iyunun 13-dən sonra nəzərdə tutulub. Xüsusi sessiyada keçiriləcək plenar iclasların tarixi və gündəliyi yaz sessiyası başa çatdıqdan sonra məlum olacaq. Qeyd edək ki, xüsusi sessiyanın keçirilməsi ilə bağlı qərar deputatların 2/3 hissəsinin müraciəti əsasında qəbul edilib.

 

Müəllif | Apa.Tv