Təhsil naziri Salyanda vətəndaşları qəbul etdi

Təhsil naziri Salyan şəhərində vətəndaşları qəbul edib.

 

APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, təhsil naziri Mikayıl Cabbarov Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Salyan, Şirvan, Neftçala, Hacıqabul, Kürdəmir və Biləsuvar rayonlarında yaşayan vətəndaşların qəbulu nəzərdə tutulsa da, nazir əlavə olaraq Cəlilabad, Gəncə, Mingəçevir və Bakı şəhərindən olan vətəndaşları da qəbul edib. Ümumilikdə nazir 70-ə qədər vətəndaşı qəbul edib. Nazirə əsasən təhsil şöbələrində işə qəbulla, köçürülmə və iş yerlərinin dəyişdirilməsi, yeni orta məktəblərin açılması, tələbələrin ali təhsil müəssisələrinə bərpası, diplomların alınması, məktəblərin təmir olunması, təhsil haqqından azad olunma və sair mövzularda müraciətlər edilib. İşlə müraciətlərin əksəriyyəti təmin edilib və ya baxılması üçün göstərişlər verilib. Bir çox həlli mümkün müraciətlər qəbul vaxtı öz həllini tapıb. Digər müraciətlərin həll edilməsi üçün nazir tərəfindən nazirliyin strukturlarına göstərişlər verilib.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı