Bakıda Vergi Administrasiyaları Təşkilatının İcraiyyə Şurasının 92-ci iclası keçirilir

Vergi Administrasiyaları Təşkilatının İcraiyyə Şurasının 92-ci iclası başlayıb. Gündəlikdə duran məsələlərlə bağlı çıxış edən Şuranın prezidenti, Serbiya Vergi Administrasiyasının baş direktoru xanım Liliyana Xovaçeviç bildirib ki, iclasda şuranın təşkilati-inzibati məsələləri, eləcə də təşkilatın növbəti Baş Assamleyasına hazırlıq işləri müzakirə olunacaq. APA TV-nin məlumatına görə, təşkilat rəhbəri Azərbaycanda vergi sahəsində tətbiq olunan qabaqcıl dünya təcrübəsini də yüksək qiymətləndirib. O, qeyd edib ki, Azərbaycan digər ölkələr kimi, Vergi Administrasiyaları Təşkilatı ilə uğurlu əməkdaşlıq edir və üzərinə düşən öhdəliyi uğurla yerinə yetirir.

 

Vergilər nazirinin müavini Sahib Ələkbərov ölkəmizin 2002-ci ildən şuranın üzvü olduğunu xatırladıb və bunun əməkdaşlıq üçün yeni imkanlar açdığını deyib. O, qeyd edib ki, Vergilər Nazirliyi dünyada mövcud olan ən qabaqcıl təcrübələrin Azərbaycana gətirilməsi və tətbiqi ilə bağlı mümkün olan bütün addımları atmağa çalışır. Onun sözlərinə görə, bu tədbirin Bakıda keçirilməsi də şuranın Azərbaycanda vergi sahəsində qabaqcıl təcrübənin tətbiqinə xüsusi önəm verdiyini bir daha özündə sübut edir və bunların öyrənilməsinə və dünya təcrübəsi əsasında yaymağa çalışır.

 

İclasda təşkilatın İcraiyyə Şurasının informasiya platformasının hazırlanması, bununla belə sözü gedən təşkilatın yeni veb-saytının işlərinin gedişinin, 2013-cü ildə təşkilatın texniki və maliyyə hesabatlarının qarşıdakı il üçün maliyyə büdcəsinin hesablanması və digər aktual məsələlər müzakirə edilib.

 

Müəllif | Apa.Tv