Şəkidə 74 yaşlı qadını evinin önündə bıçaqlayıblar
Şəkidə maskalı şəxslər 74 yaşlı qadını yaşadığı mənzilin qarşısında bıçaqlayıblar. Şəki Rayon Mərkəzi Xəstəxanasından (MRX) APA TV-yə verilən məlumata görə, Şəki şəhəri 31-ci rayon mənzil 2-də yaşayan, 1940-cı il təvəllüdlü Gülxar Ərəbova bədəninin sol bazu oynağı, boynun sol hissəsi, sol qaş nahiyyəsi və başın ənsə nahiyyəsinin kəsilmiş yaraları ilə xəstəxanaya daxil olub. Məlum olub ki, 74 yaşlı qadın yaşadığı mənzildən bayıra çıxan zaman iki nəfər nəməlum maskalı şəxslərlə qarşılaşıb. Maskalı şəxslər qadına hücum edərək bıçaqla bədənin müxtəlif yerlərindən xasarət yetirib və hadisə yerindən qaçıblar. Gülxar Ərəbovaya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq üçün evə buraxılıb. Faktı Şəki şəhər-rayon Polis Şöbəsi təsdiqləyib, hazırda polis əməkdaşlarının hadisəni törədən nəməlum şəxslərin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparır.