Qubada "uçan boşqab" göründü - GÖRÜNTÜLƏR
Quba səmasında naməlum uçan obyekt görünüb. Hadisə 25 may gecə saat 1 radələrində qeydə alınıb. Obyekti müşahidə edən sakinlər görüntüləri telefonunun yaddaşına köçürüb. Gecənin qaranlığında səmada parlayan naməlum işıq görənləri heyrətə salıb. Yerli sakinlərin APA TV-yə verdiyi məlumata görə, parlaq işıq kütləsi ilk olaraq II Nügədi kəndinin üzərində peyda olub. Sakinlər hadisəni maraqla izləyiblər. İşıq kütləsi bir müddət sonra böyüyüb, sonra şaxələnib. Qeyd edək ki, son vaxtlar Azərbaycan səmasında peyda olan belə halların sayı artıb. Oxşar hadisə bir neçə rayonda da yaşanıb.