Sərxoş sürücü qəza törədib, hadisə yerindən qaçdı
Nəsimi rayonunda içkili sürücü qəza törədib. APA TV-nin məlumatına görə, qəza zamanı “Mercedes” və “Saipa” markalı avtomobillər toqquşub. Vaqif küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş verən qəzada “Mercedes”in sürücüsü və onun xanım sərnişini xəsarət alıblar. Hadisə yerinə yol polisinin gəldiyini görən “Mercedes”in sürücüsü qaçıb.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları qaçan sürücü və sərnişinin axtarışa başlayıb.
Avtomobillər evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb. Prospektdə nəqliyyatın hərəkəti normala qayıdıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.