Ukrayna ordusu Donetsk hava limanında əməliyyat keçirdi
Ukrayna ordusu Rusiya tərəfdarları tərəfindən işğal edilən Donetsk hava limanında hərbi əməliyyat keçirib. APA TV-nin məlumatına görə, terrorla mübarizə əməliyyatına çox sayda təyyarə və helikopter qatılıb. Silahlı qarşıdurma zamanı seperatçılardan bir neçəsi ağır yaralanıb.
Qeyd edək ki, Donetsk və Luqansk kimi böyük əyalətlərdə hökumət binalarının tutulması ölkənin taleyini ciddi şəkildə təhlükə altına atıb. Ukraynada prezident seçkilərini qazanan Petro Poroşenko seperatçıların müzakirə təklifini qəbul etməyib. Rusiya tərəfdarı olan seperatçılar prezidentin Donetsk səfərinə mane olmaq üçün hava limanını ələ keçiriblər.