Traktora çırpılan "Oka"nın sərnişini öldü, sürücü ağır vəziyyətdədir
Gecə saatlarında Sabirabad rayonunun Qaragüney kəndi ərazisində, Hacıqabul-Bəhrəmtəpə yolunun 13-cü kilometrliyində ölümlə nəticələnən ağır avtoqəza baş verib. APA TV-nin Mil-Muğan bürosuna BDYPİ-ndən verilən məlumata görə, Sabirabad rayonunun Qaragüney kənd sakini 1992-ci il təvəllüdlü Cəfərov Şıxəli Cavanşir oğlunun idarə etdiyi dövlət nömrə nişanı olmayan qoşqulu traktorla "OKA" markalı 10 XN 598 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Nəticədə "OKA"da olan sərnişin qəza yerində ölüb, sürücü ağır kəllə-beyin travması diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə, traktorun sürücüsü isə müxtəlif bədən xəsarətləri ilə travmatologiya şöbəsinə yerləşdirilib. Hadisə yerində olan müstəntiq gecə saatlarında Şırvan morquna yerləşdirilən ölən sərnişinin və koma vəziyyətində olan "OKA" markalı avtomobilin sürücüsünün şəxsiyyətini müəyyən edə bilməyib.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.