Ağır cinayət törətmiş azyaşlı məhkumlar Bakıda gəzintiyə çıxdılar

Kiçik yaşlarında məhkum olunan 4 yeniyətmə üçün bu gün daha fərqli başlayıb. 28 May - Respublika Günü münasibəti ilə tərbiyə müəssisəsində gəzinti günü elan olunub. APA TV-nin xəbərinə görə, yeniyetmələr əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, sonra Şəhidlər Xiyabanını ziyarət ediblər.

 

Bundan sonra yetkinlik yaşına çatmayan məhkumlar Dənizkənarı Milli Parka baş çəkiblər.

 

Uşaqlar heyecanlı olduqlarını, digər məhkum yoldaşlarının gəzintiyə çıxamalarını arzuladıqlarını deyiblər.

 

"Artıq yeddinci dəfədir keçirilən islah olunan olunan uşaqların şəhər gəzintisinə ilk dəfə olaraq ən ağır cinayət törətmiş yeniyetmələr cəlb olunub".

 

Bunu APA TV-yə Ədliyyə Nazirliyinin Pentinsiar Xidmətinin Tərbiyə Müəssisəsinin rəisi, ədliyyə-polkovnik leytenantı Araz Rzayev deyib: "İslah əmək müəssisəsində tərbiyə alan uşaqları  seçmişik. İl ərzində özünü daha yaxşı aparan, daxili intizam qaydalarını pozmayan, məktəbdə daha yaxşı nəticə göstərən yeniyetmələri biz şəhər gəzintisinə çıxardılrıq. Bu, yeniyetmələrin islah prosesinə böyük təkan verir".

 

Araz Rzayev deyib ki, yetkinlik yaşına çatmayan məhkumların saxlandığı tərbiyə müəssisəsində 34- məhkum var. Cinayət işləmiş uşaqlarla davranış böyüklərdən fərqli olmalıdır .

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı