Sankt-Peterburqda narkotik alveri ilə məşğul olan ailə tutulub

Sankt-Peterburqun Nevskiy rayonunda narkobizneslə məşğul olan azərbaycanlılardan ibarət dəstə saxlanılıb. APA TV-nin xəbərinə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə nəzarət Federal Xidmətinin regional idarəsinin yaydığı məlumata görə, onlar narkobizneslə məşğul olan dəstəni zərərsizləşdiriblər. Narkotik satışı ilə bağlı məlumat daxil olan kimi onlar dərhal həşiş, kokain və marixuana satışı ilə məşğul olan qaçaqmalçıların izinə düşüblər. Onlardan biri kirayə tutduğu evdə yaşayan 22 yaşlı azərbaycanlı olub. Evə baxış zamanı 5 kiloqram həşiş, kiloqrama yaxın marixuana və 50 qram kokain götürülüb. Biznesin təşkilatçısı 50 yaşlı azərbaycanlı hesab edilir. Gənc əmisi olan bu şəxs hadisə yerinə "Mazda-6" markalı avtomobildə gəlib. Avtomobilə baxış zamanı daha bir kiloqram həşiş aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb.

 

Müəllif | Apa.Tv