Bacısının evinə qonaq gedən 16 yaşlı oğlan faciəli şəkildə öldü
Cəlilabad rayonunda su anbarında batan 16 yaşlı oğlanın meyiti tapılaraq sudan çıxarılıb. APA TV-nın cənub bürosunun məlumatına görə, Zakir Heybər oğlu Ağayev meyiti Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin dalğıc-xilasediciləri tərəfindən tapılıb. Cəlilabad rayon Prokurorluğunun əməkdaşları hazırda hadisə yerində araşdırmalar aparırlar.
Xatırladaq ki, Cəlilabad rayonun Privolnı kəndi ərazisində Yardımlı rayon sakini, 16 yaşlı Zakir Heybər oğlu Ağayev qoyun otararkən ehtiyatsızlıqdan yaxınlıqdakı su bəndinə düşərək boğulub. Zakir Ağayev bir neçə gün öncə Privolnı kəndində yaşayan bacısının evinə qonaq gəlibmiş.