Ukraynanın yeni hakimiyyəti Donetski bombaladı: 200 separatçı öldürüldü
Ukrayna Antiterror Mərkəzi mayın 26-da Donetsk şəhərində keçirilmiş əməliyyatın nəticələri ilə bağlı açıqlama yayıb. APA-nın Ukrayna saytlarına istinadən verdiyi xəbərə görə, antiterror qərargahının mətbuat zabiti Aleksey Dmitraşkovski Donetskdə azı 200 terrorçunun öldürüldüyünü bildirib. Dmitraşkovski deyib ki, “Donetsk Xalq Respubikası” adlanan qurumun silahlıları təslim olmasalar əməliyyat bütün terrorçuların məhvinə qədər davam edəcək. SİTAT: “Onların itkiləri barədə hələlik dəqiq məlumat yoxdur, lakin ölənlərin sayı 200-dən az deyil. İstintaq qrupu işi davam etdirir və dəqiq məlumatlar bu gün axşam bəlli olacaq”. SİTATIN SONU. Xatırladaq ki, Ukrayna ordusu mayın 26-da hərbi aviasiyanın iştirakı ilə Donetsk hava limanı və ətrafında antiterror əməliyyatı keçirib.