Ukraynalılar 16 yaşlı azərbaycanlını bıçaqladılar


Rusiyanın Sankt-Peterburq şəhərində 16 yaşlı Azərbaycan vətəndaşı bıçaqlanıb. APA-nın verdiyi məlumata görə, gənc oğlan kafedə kütləvi dava zamanı qarın nahiyyəsindən bıçaq yarası alıb. Zərərçəkmiş ağır vəziyyətdə uşaq xəstəxanasına çatdırılıb. Hadisədən sonra Ukrayna vətəndaşı Vasiliy Palyok və yerli sakin Dmitri Piroqov saxlanılıblar. İstintaqın versiyasına görə, həmin şəxslər Azərbaycan vətəndaşı ilə mübahisə edib. Sonra münasibətlərin aydınlaşdırılması üçün onlar kafeyə gediblər. Faktla bağlı cinayət işi qaldırılıb. Vasiliy Palyokun həbs ediləcəyi, Dmitri Piroqovun isə şəhəri tərk etməmək şərti ilə sərbəst buraxılacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv