Azərbaycan yeni tanklar alır


Azərbaycanın Rusiyaya sifariş verdiyi "T-90 S" əsas döyüş tanklarının yeni partiyası avqust ayında Bakıya göndəriləcək. Bu barədə APA-ya Qazaxıstanın paytaxtı Astanada keçirilmiş KADEX-2014 beynəlxalq müdafiə sərgisində iştirak edən Rusiyanın "Uralvaqonzavod" konsernindən məlumat verilib. Avqustda Azərbaycana yola salınacaq partiyaya 30 ədəd "T-90 S" tankı daxildir. Tanklar UVZ mütəxəssislərinin iştirakı ilə qəbul testlərindən keçiriləcək. Bir neçə gün əvvəl mətbuatda UVZ-nin Azərbaycana əlavə olaraq 100 ədəd "T-90 S" tankı satacağına dair yayılan məlumata aydınlıq gətirən şirkət nümayəndələrinin sözlərinə görə, burada söhbət 2012-ci ildə tərəflər arasında imzalanmış müqavilədən gedir. Müqavilə üzrə sifarişin ilk hissəsi 2013-cü ilin əvvəlində Bakıya göndərilib. Qalan hissə isə qrafikə uyğun davam etdirilir. STAT: "Burada söhbət əlavə sifarişdən getmir. Hazırda mövcud sifariş icra olunur. Eyni zamanda yeni məhsullarla bağlı danışıqlar davam etdirilir. Azərbaycan hazırda UVZ-nin ən böyük sifarişçisidir". APA-nın apardığı dəqiqləşdirmələrə görə, hazırda Azərbaycan Müdafiə Nazirliyi ilə UVZ arasında "T-90 SM" tanklarının alğı-satqısı məsələsi də aparılan müzakirələrdə yer alır. Lakin bununla bağlı konkret müqavilə mövcud deyil. Qeyd edək ki, Azərbaycanın Rusiyadan aldığı "T-90 S" tankları ötən il Bakıda keçirilən hərbi parada nümayiş etdirilib.

Müəllif | Apa.Tv
Apa.tv