Atasını həbsxana qapısında gözləyən körpə, azadlığa qovuşanlar, onları yola salan nisgilli gözlər - REPORTAJ
Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 və 10 saylı saylı Cəzaçəkmə Müəssisələrində də icra edilib.
APA TV-nin çəkiliş qrupu həmin müəssisələrdə olub. Qadınların cəza çəkdiyi 4 saylı cəzaçəkmə müəssəsindən 3, 10 saylı müəssisədən isə 16 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunaraq azadlığa qovuşub.
Pentensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov deyib ki, bu sərəncam daha çox məhkuma şamil olunub, 157 nəfər azadlığa çıxıb.
3 illik həbs cəzasına məhkum olunan Kəklik İbrahimova cəzasının
1 il 3 ayını çəkib.
Sənubər İbrahimova isə narkotik üstündə tutulub, 7 il cəza alıb.
Qadınları gözləyənlərdən fərqli olaraq, 10 saylı çəzacəkmə müəssisəsinin qarşısında qələbəlik vardı. Əfv olunan 171 nəfərin 16-sı məhz bu müəssisədən azadlığa çıxacaqdı.
Atasının yolunu gözləyən körpə qızcığaz Daşkəsəndən gəlib.
Vaxtından əvvəl azadlığa çıxanları məhkum yoldaşları belə yola saldılar. Qeyd edək ki, 2005 -ci ildən ənənəvi olaraq, imzalanan əfv sərəncamı təxminən 6000 nəfərə şamil olunub.