Bakı-Sumqayıt yolunun kənarında aviasiya bombası tapılıb
Bakı-Sumqayıt yolunun 29-cu kilometrliyində külli miqdarda döyüş sursatı aşkarlanıb. Dərhal hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin ediblər. Adıçəkilən əraziyə kənar şəxslərin girişini məhdudlaşdırılıb, daha sonra axtarış əməliyyatına başlanılıb.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə yararsız halda olan 130 ədəd qumbaraatan, 16 ədəd PQ qumbaraatan mərmisi, 1 ədəd aviasiya bombası, 1 ədəd 102 mm-lik mərminin korpusu və istifadəyə yararlı olan 1 ədəd 102 mm-lik və 80 mm-lik mərmi aşkarlayıblar. Tapılan sursat zərərsizləşdirilmək üçün təhlükəsiz zonaya aparılıb.