"VAZ 2107"-yə yol verməyən "İnfiniti" qəza törədib
Bakının Binəqədi rayonu ərazisində yol qəzası baş verib. APA TV-nin məlumatına görə, Pərvin Əzimovun idarə etdiyi "İnfiniti" və Cəmil Quliyevin idarə etdiyi "VAZ 2107" markalı avtomobillər toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.
İlkin ehtimala görə, qəzaya "İnfiniti" markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozması səbəb olub. Belə ki, 22-ci Dağlı küçəsindən Ziya Bünyadov prospektinə çıxan "İnfiniti"nin sürücüsü prospektlə hərəkətdə olan "VAZ 2107" markalı avtomobilə yol verməyib.
Faktla bağlı araşdırma aparılır.