Azərbaycanda yığılıb-sökülən evlər üçün yanğına davamlı panellər istehsal olunacaq

"Gələn ilin yanvarından Azərbaycanda qısa müddətdə yığılıb-sökülə bilən evlər üçün yanğına davamlı panellərin istehsalına başlanılacaq".

APA TV-nin məlumatına görə, bunu “Kingspan-İzopoli” şirkətinin sədrinin müavini Suat Kıroğlu deyib.

 

S. Kıroğlu bu müəssisənin istehsalı edəcəyi evlərin gələcəkdə Orta Asiya ölkələrinə - Qazaxıstan, Türkmənistan və Qırğızıstana da ixrac edilməsinin nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, bu sahədə Azərbaycan bölgədə logistika mərkəzinə çevriləcək.

 

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin dəstəyi ilə "Yanğın təhlükəsizliyi və bina örtükləri" adlı seminar keçirilib.  

Müəllif | Apa.Tv