Koreyada xəstəxana yanıb, 20 nəfər ölüb

Koreyanın cənubunda Çanson əyalətində Xiosarnq tibb mərkəzində baş vermiş yanğın zamanı 20 nəfər ölüb.

 

Frans-Press agentlinin xəbərinə görə, tibb mərkəzində ölənlərin əksəriyyəti 70-80 yaşlı insanlardır.

 

Hazırda 6 nəfərin vəziyyətinin ağır olduğu bildirlir.

 

Yanğın gecə saatlarında üç mərtəbəli binanın sonuncu mərtəbəsindən başlayıb. Pasientlərdən əlavə xəstəxanın tibb bacısı da vəfat edib.

Müəllif | Apa.Tv
Apa.tv