Daha bir doğuş faciəsi: yeni dünyaya gələn körpə ölüb

Gəncədə yeni doğulan körpə dünyasını dəyişib. Gəncə şəhər Prokurorluğundan APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə Gəncə Regional Perinatal Mərkəzində baş verib. Kəlbəcər rayon sakini, 23 yaşlı Ləman İlham qızı Mamedova doğuş üçün mərkəzə yerləşdirilib. Uşaq dünyaya gəldikdən sonra ölüb. Prokurorluqdan verilən məlumata görə ölümün həkim məsuliyyətsizliyi və ya uşağın səhhətində olan problemdən baş verdiyi ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Azər Məmmədli