Hava yağışlı keçəcək

Mayın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-20, gündüz 24-29 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək Havanın temperaturu Aran rayonlarında gecə 16-21, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv