Pirşağıda ər 27 yaşlı arvadını boğub öldürdü
Pirşağıda qətl törədilib. Sabunçu Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə Pirşağı qəsəbəsindəki fərdi yaşayış sahəsində qeydə alınıb. Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Emin Xasay oğlu Heydərov keçmiş həyat yoldaşı Şəhanə Nağıyevanın yanına gələrək
onunla barışmaq niyyətində olduğunu bildirib. Bu zaman mərhum sərt danışdığından Heydərov onun boğazına şnur dolayaraq boğmağa başlayıb. Qışqırıq səsinə qonşulardan bir neçəsi küçəyə çıxıb.
1987-ci il təvəllüdlü Şəhanə Nağıyeva həyat yoldaşından ötən il ayrılıb anasının evində yaşayırmış. Hadisə də Pirşağı qəsəbəsində mərhumun anasına məxsus evdə baş verib.