Azərbaycan prezidenti Tağıyev-Sahil avtomobil yolunun açılışına qatılıb

Azərbaycan prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulmuş Tağıyev-Sahil avtomobil yolunun açılışında iştirak edib. Nəqliyyat naziri Ziya Məmmədov Tağıyev-Sahil avtomobil yolunun bərpası layihəsi əsasında görülən işlər barədə məlumat verib. Eni 15 metr olan yolun uzunluğu qovşaqlar da daxil olmaqla 48 kilometrdir. Layihəyə uyğun olaraq 11 yeni körpünün, 45 suötürücünün və 4 keçidin inşası başa çatıb.

 

Daha sonra Azərbaycan Prezidenti yenidən qurulmuş yolda avtomobili idarə edib.
Sonra Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə-Biləcəri (9-10 kilometr) hissəsinin yenidən qurulması, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-9-cu kilometrlik hissəsinin genişləndirilməsi, yeni körpülərin inşası və mövcud körpülərin yenidən qurulması, Bakı Stend Atıcılığı İdman Kompleksi avtomobil yolunun və Bakı dairəvi yolla birləşmə layihələri ilə tanış olmaq üçün Biləcəri qəsəbəsinin ərazisinə gedib.

1,5 kilometrlik yolun hərəkət hissəsi 8 zolaqlı olacaq. Layihələrlə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıqlar verib.

 

Müəllif | Apa.Tv
Apa.tv