Mosulda partlayış: 21 ölü

İraqın Mosul şəhərində törədilmiş iki partlayış nəticəsində 21 nəfər ölüb. APA TV-nin “Gazeta.ru” saytına istinadən verdiyi xəbərə görə, hadisə zamanı həlak olanlardan 10-u əsgər olub. Partlayışlar şəhərin iki ayrı  bölgəsində törədilib. Hadisə yerinə çoxlu sayta təcili yarıdm maşını cəlb olunub. Eyni zamanda ərazidə təhlükəsizliyin təmin edilməsi məqsədi ilə vətəndaşlar evakuasiya edilib.

 

Qeyd edək ki, bir gün əvvəl Bağdadda törədilən terror aktı nəticəsində 19 nəfər ölmüş, 28 nəfər yaralanmışdı.

 

Müəllif | Apa.Tv