“Toyota” marşurut avtobusuna çırpıldı

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib. APA TV-nin xəbərinə görə, qəza Hövsan qəsəbəsinin girişində, kanalizaisya sularının axıdıldığı kanalın yaxınlığında qeydə alınıb. “10 BG 728” dövlət nömrə nişanlı “Toyota” markalı avtomobil dönmə əməliyyatı edən zaman 132 nömrəli marşurut avtobusunun yoluna çıxıb. Avtobusla toqquşan minik maşını kanalın qoruyucu dəmir səddinə çırpılıb. Yüngül xəsarət alan “Toyota”nın sürücüsü 3 saylı şəhər klinik xəstəxanasına, avtomobili isə cərimə meydançasına aparılıb. Avtobusda xəsarət alan olmayıb. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv