Yoldan çıxan "Kia" maneəyə çırpıldı

Bakının Xətai rayonu, Nobel prospektində qəza baş verib. APA TV-nin məlumatına görə, “Kia”markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarında maneəyə çırpılıb. Qəza zamanı sürücü xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya sürücünün yağışlı havanı nəzərə almaması səbəb olub. Avtomobil evakuator vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb.

Qəza ilə bağlı yolda yaranan tıxac aradan qaldırılaraq, nəqliyyatın intensiv hərəkəti təmin olunub.

Faktla bağlı Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv