Cibindən də, evindən də narkotika çıxdı

Kürdəmirdə müxtəlif növ narkotik vasitələrin qanunsuz olaraq hazırlanması, saxlanılması və satışı ilə məşğul olan şəxs tutulub. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, Atakişili kənd sakini 29 yaşlı Asim Ağayev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən çəkisi 0.5 qram olan heroin aşkarlanıb. Rayon polis şöbəsinin əməkdaşları tərəfindən aparılan istintaq  tədbirləri zamanı Asim Ağayevin  yaşadığı evə baxış keçirilib.

müstəntiq Hüseyn Məsimlinin sözlərinə görə, həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq olunaraq becərilən 37 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Həmçinin, evdə aparılan axtarış zamanı 97 qram qurudulmuş marixuana və 18 qram heroin aşkar edilərək müsadirə olunub.

 

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Elvin Yaqubov