APA TV-nin 1 yaşı tamam oldu!

«APA Holding»in nəzdində fəaliyyət göstərən APA TV-nin canlı yayıma başlamasından bir il ötür. APA TV Azərbaycanın internet məkanında analoq televiziya formatında gündəlik 14 saat aramsız yayım həyata keçirən ilk kanaldır. 30-dək verilişin yayımlandığı APA TV xəbər kanalı formatında fəaliyyət göstərir. Hər saat başı 10 dəqiqəlik xəbərlər yayımlayan televiziyanın informasiya siyasətində əsaslandığı əsas prinsiplər obyektivlik, dinamiklik və operativlikdir ki, bu da “APA Holding”ə daxil olan bütün media strukturlarının əsas fəaliyyət prinsipini təşkil edir. Kanalda siyasət və analiz proqramları, sosial verilişlər, mədəni-kütləvi proqramlar yayımlanır, APA TV-nin bir neçə xarici ölkədə müxbir postları fəaliyyət göstərir.

Müəllif | Apa.Tv
Apa.tv