Toyda kütləvi dava: 3 gənc bıçaqlandı

Cəlilabadda toyda kütləvi dava düşüb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gecə Cəlilabad şəhərindəki şadlıq saraylarının birində qeydə alınıb. Toyda yspirtli içki qəbul edənlərin mübahisəsi bıçaq davasına çevrilib. Nəticədə Cəlilabad sakinləri, 24 yaşlı Azad Cəfərov, 22 yaşlı Rəşad Sultanov və onun kiçik qardaşı, 20 yaşlı Fuad Sultanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

 

Məlumata görə, dava edənlər Cəlilabad şəhərinin Səttarxan küçəsində  yaşayırlar. Hadisəni başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırmalara başlanıb. 

Müəllif | Apa.Tv