Nazarbayev: "Ermənistan Avrasiya İqtisadi İttifaqına o şərtlə daxil olmalıdır ki..."

"Azərbaycan hesab edir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına Ümumdünya Ticarət Təşkilatına qoşulduğu sərhədlər çərçivəsində daxil ola bilər".

APA TV-nin xəbərinə görə, bu sözləri Astanada Avrasiya İttifaqının yaradılması ilə bağlı keçirilən tədbirdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib. "Biz Azərbaycan prezidentindən məktub almışıq. Orada deyilir ki, Ermənstan ÜTT-yə belə bir şərtlə daxil olub ki, onun müddəaları bu ölkənin beynəlxalq cəhətdən qəbul edilmiş sərhədləri çərçivəsində tətbiq edilməlidir. Bu, müzakirə mövzusudur",- deyə Nazarbayev qeyd edib.

 

Ermənistan ÜTT-yə 2003-cü ildə 145-ci ölkə olaraq daxil olub. Bu ölkənin prezidenti Serj Sarkisyanın bəyan etdiyi kimi Avrasiya İttifaqına isə bu ilin 15 iyununa kimi daxil olacaq.

 

Müəllif | Apa.Tv