Bakıda məşhur restoran yandı
Bakıdakı məşhur restoranlardan birində yanğın baş verib. Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Binəqədi rayonunda, “Oazis” əyləncə mərkəzinin yanında yerləşən “Meşəbəyi” restoranında qeydə alınıb.
Əraziyə xeyli sayda yanğınsöndürən cəlb edilib. Yanğının qarşısının alınması istiqamətində tədbirlər görülüb. Binəqədi rayon Yanğından Mühafizə Hissəsindən APA TV-yə bildirilib ki, Cəfər Xəndan küçəsində yerləşən restoranda açıq alovla müşahidə edilən güclü yanğını söndürmək üçün hadisə yerinə digər rayonlardan da canlı qüvvə və texnika cəlb edilib. Xəsarət alanın olub-olmadığı hələlik məlum deyil.