Əvvəllər məhkum olunmuş şəxsdən külli miqdarda narkotik götürüldü

Lənkəran polisi narkotik vasitələrin qanunsuz olaraq əldə etmə və saxlanması ilə məşğul olan rayon sakinini saxlayıb. APA TV-nin cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi (RRPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Sütəmurdov kənd sakini Amil Teymur oğlu Şəfiyevdən 2 kiloqram 200 qram tiryək aşkarlanıb.

Məlumatda Amil Şəfiyevin eyni əmələ görə əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə cinayət işi açılıb, saxlanılan şəxsin üzərindən götürülmüş narkotik maddənin mənbəyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirir. 

Müəllif | Apa.Tv