Ukraynada helikopter vuruldu, aralarında generalın da olduğu 14 hərbçi öldürüldü

Bu gün Donetsk vilayətinin Slavyansk şəhəri ətrafında separatçılar tərəfindən Ukraynaya məxsus helikopterin vurulması nəticəsində aralarında 1 generalın da olduğu 14 hərbçi həlak olub. Unian agentlyinin verdiyi xəbərə görə, bu informasiyanı Ali Radanın sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov parlamentin iclasında elan edib. “Slavyanskda rusiyalı terrorçular helikopterimizi vurub. General Kulçitski ilə birlikdə 14 hərbçimiz həlak olub”, - deyə o, bildirib.

 

Ukraynalı hərbçilər rotasiya qaydasında Slvyanskdan qayıdırmış. Ukrayna Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi və xüsusi hazırlıq idarəsinin rəisi, general-mayor Sergey Kulçitski də əsgərlərlə birlikdə helikopterdə olub. Ölkənin şərqində antiterror əməliyyatının başlamasından bu yana ilk dəfədir ki, Ukrayna öz generalını itirir.

 

Müəllif | Apa.Tv
Apa.tv