Gənclərdən ibarət oğru dəstəsi zərərsizləşdirilib

Gəncə polisi oğurluqla məşğul olan mütəşəkkil dəstəni zərərsizləşdirib. APA TV-nin xəbərinə görə, dəstənin gənc üzvləri son bir neçə ay ərzində şəhərdə mağazalara qənim kəsliblər. Gəncə sakini Yunis Cəfərli polis orqanlarına müraicət edərək bildirib ki, ona məxsus şəhərin Sadili qəsəbəsində yerləşən mağazadan oğurluq edilib. Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətin üstü açılıb. Aprılımış istintaq zamanı  müəyyən edilib ki, mağazadan oğurluq edən şəxslər şəhər sakinləri 23 yaşlı Fuad Rəhimov, 19 yaşlı Qurban Sadıqov və 19 yaşlı Salatın Hüseynovadır. 

 

Saxlanılan hər üç şəxs isə çəkliş zaman əməllərindən heç də peşman olmadığını bildirib. Onlar bu əməlləri imkansızlıqdan törətdiklərini söyləyiblər.

 

Əlavə edək ki, saxlanılan şəxslərdən Fuad Rəhimov və Qurban Sadıqov  hələ gənc olmalarına baxmayaraq, əvvəllər oğurluq etdiklərinə görə 2 dəfə məhkumluq həyatı yaşayıblar.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli