Salyanda qızıl oğruları tutulub

Salyanın Kürqaraqaşlı kənd sakini Taleh Cəlal oğlu Eyvazovun fərdi yaşayış evindən naməlum şəxs və ya şəxslər tərəfindən qızıl-zinət əşyalarının oğurlanması barədə rayon polis şöbəsinə şikayət ərizəsi daxil olub. Şikayət əsasında polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Saxlanılan rayon sakinləri Təbriz Bağırov, Ramiq Hüseynov və Fərid Gülməmmədov oğurladıqları qızıl-zinət əşyalarını sataraq kredit borclarını ödəmək istədiklərini bildiriblər.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv