Şamaxıdakı ailə dramının təfərrüatı məlum oldu: Ata qızının toy günü qətlə yetirilib

Şamaxıda baş verən ailə faciəsinin təfərrüatları məlum olub. APA TV-nin xəbərinə görə, Sabir qəsəbə sakini, 1965-ci il təvəllüdlü Şahməmmədov Feruz Heybət oğlu qardaşı oğlu, 1993-cü il təvəllüdlü Şahməmmədov Heybət Mais oğluna “Makarov” markalı tapançadan ə atəş açaraq ayağından yaralayıb. Oğlunun əmisi tərəfindən güllələndiyini görən 1970-ci il təvəllüdlü Şahməmmədov Mais Heybət oğlu qardaşı Feyruz Şahməmmədovun əlindən tapançanı alaraq onun ürək və baş nahiyəsinə atəş açıb və qətlə yetirib.

Məlumat olub ki, Rusiyadan qardaşı Feruz Şahməmmədovun qızının toyuna gələn Maislə onun arasında ev üstündə söz-söhbət olub. Mais Rusiyaya gedərkən qardaşı ilə eyni həyətdə olan evinin açarlarını Feyruza verib. O, açarları geri almaq istədikdə isə mərhum açarları qaytarmaqdan imtina edib. Hətta Feyruz qardaşından tələb edib ki, tez bir zamanda evdən çıxsın və qızının toyuna qatılmasın. Onların mübahisəsi davaya çevrilib və Feyruz üzərində gəzdirdiyi tapançadan qardaşına atəş açıb. Səs-küyə Maisin 21 yaşlı oğlu Heybət  Şahməmmədov gəlib. Güllələrdən biri onun sol ayağının topuq hissəsinə dəyib.

 Heybətin yerə yıxıldığını görə ata oğlunun öldüyünü zənn edib qardaşından silahı alaraq onun baş və ürək nahiyyəsinə bir neçə dəfə atəş açıb. Feruz hadisə yerində ölüb. Xəsarət alan Heybət isə Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Məlumata görə mərhum Feruz Şahməmmədov iki gün öncə qızına toy mərasimi edib. O, qızını başqa qardaşının oğluna ərə verib. Bu gün isə oğlanın toy mərasimi olacaqmış. 

Müəllif | Apa.Tv
Elvin Yaqubov