Patrisiya Kaas Bakıda möhtəşəm konsert proqramı ilə çıxış etdi
Məşhur müğənni Patrisiya Kaas növbəti dəfə Bakıya gəlib. O, konsertöncəsi mətbuat nümayəndələri ilə görüşüb. APA TV-nin xəbərinə görə, məşhur müğənni təəssüratlarını bölüşüb: "Mən Azərbaycana 7 il əvvəl gəlmişdim. Elə o vaxt qərara aldım ki, burada konsert verim. Konsertin proqramına gəldikdə, gecə Edit Piafın ölümünün 50 illiyinə həsr olunub. Artıq mart ayından etibarən Edit Piafın mahnılarından ibarət albom üzərində çalışıram. Bu gecədə də həmin mahnıları ifa edəcəm. Bunu da qeyd etmək istəyirəm ki, Edit Piafın həyatında faciəli məqamlar olub. Konsertdə həmin məqamları səhnələşdirməyə çalışacağam".
Nəhayət, səbirsizliklə gözlənilən gecə gəldi, çatdı. Paytaxt musiqisevərləri dünyaca məşhur fransız diva Patrisiya Kaası dinləmək üçün Heydər Əliyev adına sarayda bir araya gəldilər. Proqram bəllidir. Bəs görək, konsert necə olacaq?
Patrisiya xanım mətbuat konfransında sürprizləri sevdiyini söyləmişdi. Elə səhnəyə gəlişi ilə də bunu bir daha sübut etdi.
Təəssüf ki, çəkilişə zaman məhdudiyyəti qoyulduğundan bir çox məqamı görüntülü şəkildə diqqətinizə çatdıra bilmirik.